Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

02 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Bildirilib ki, son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, qəbul imtahanlarına qeydiyyat zamanı, xüsusilə ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook”, “Instagram”, “TikTok” və digər sosial şəbəkələrdə DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır.

Qeyd edilib ki, bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar:

"İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur.

Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, eləcə də gələcəkdə ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər. Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər isə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində fəaliyyət göstərirlər".

"Abituriyentlər həmçinin elektron xidmətlərdən istifadə zamanı bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra əməliyyatı təsdiq etmək mümkün olur", - məlumatda vurğulanıb.

 

Oxşar xəbərlər
OTACI