Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hamilə qadınlara bu peşə və iş yerlərində qadağa - QƏRAR

01 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hamilələrin əməyinin tətbiqi qadağan olunan işlərin siyahısı təsdiq edilib.

Press.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bildirilir ki, hamilə və ya bir yaşınadək uşağı olan qadınların əməyi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin və vəzifələrin, habelə yeraltı işlərin adlarının siyahısı müəyyən edilir.

Belə ki, qərar ölkə üzrə qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı fərqliliyin aradan qaldırılması məqsədilə qəbul edilib.

Qərara əsasən mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldılaraq, ümumilikdə 204 peşə və iş yeri müəyyən edilir.

Eyni zamanda qadağan edilən bu peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcəkdir. Qərarın qəbulu ilə əmək münasibətlərində qadınların məşğulluq imkanlarının artırılması təmin ediləcək.

Oxşar xəbərlər
OTACI