Masallı rayonunda 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb.
Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.