İyunun 2-də səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Press.az-a "Azərsu" ASC-dən bildirilib.
Məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
"Azərsu" yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.