Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oğuza güclü dolu düşüb

01 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb..

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.

Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.

Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.

Oxşar xəbərlər
OTACI