Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sel səbəbindən bağlanan yol açıldı

01 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci kilometrliyində yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

10:03

“İsmayıllıda sel daşqınları olub. Lakin “Azəriqaz” İB-nin abonentlərinin təbii qaz ilə təminatında heç bir fasilə yaranmayıb”.

Bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

O bildirib ki, boru xətləri yerin altına salındığından heç bir fəsad qeydə alınmayıb:

“Sakinlərə təbii qazın verilişində nə gecə saatlarında, nə indi heç bir problem yaranmayıb. Hazırda da təbii qazın verilişi normal qaydada davam edir”.

09:44

Ötən gecədən Lahıc-İsmayıllı istiqamətində gələn sel daşqınları kəndlərdə elektrik təchizatında da bir sıra problemlərə səbəb olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib. O bildirib ki, ötən gecə məlum səbəbdən qasırğa şəbəkələrə müəyyən zərər vurub:

“O cümlədən İsmayıllı rayonunda da elektrik xətlərində açılmalar olub. Gecə ilə həmin xətlərdə olan qəzalar dərhal aradan qaldırılıb. Bir sıra kəndlərdə elektrik enerjisinin verilişində kiçik fasilələr olub, lakin bu, təbiidir. Ümumilikdə sözügedən regionda elektrik enerjisinin verilişində ciddi problem yoxdur. Sadəcə, Lahıc yolu dağ uçqunu səbəbindən bağlanıb, lakin elektrik xətlərində gərginlik var”.

09:32

Ötən gecədən Lahıc-İsmayıllı istiqamətində gələn sel daşqınları kəndlərdə elektrik təchizatında bir sıra problemlərə səbəb olub. Eləcə də axşamdan Lahıc yolu uçqun səbəbindən bağlanıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi üzrə İdarəetmə Şöbəsinin müdiri Namiq Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, Lahıc yolunda baş verən dağ uçqununun fəsadlarının aradan qaldırılması üçün səhər saat 06:00-dan etibarən ərazidə üç texnika çalışır:

“Hər hansı can itkisi yoxdur. Mövcud vəziyyətin aradan qaldırılması və yolun açılması istiqamətində işlər davam etdirilir. Hətta son məlumata görə, artıq Lahıc yolunda hərəkət bərpa edilib. İsmayıllıda sel ilə bağlı problem olmayıb. Güclü külək səbəbindən bir sıra evlərin və İsmayıllı rayon Q.Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Aidiyyəti üzrə zəruri tədbirlər görüləcək”.

Meliorasiya və Su Təsərrüfatının Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında bildirib ki, sel keçən ərazilərdə vəziyyət stabildir:

“Hazırda da İsmayıllı Suvarma Sistemləri İdarəsinin texnikaları ərazidə işləyir. Səhərə kimi bütün texnikalarımız və işçi heyətimiz selin ötürülməsi üçün əlindən gələni edib. Göyçayda çay bir qədər məcrasından çıxıb, amma ağır fəsadlar yoxdur. Qalan çaylarda vəziyyət stabildir, ağır təhlükəli vəziyyət yoxdur. Lahıc yolundakı uçqun səbəbindən isə çaylarda hər hansı daşqın müşahidə edilməyib”.

Oxşar xəbərlər
OTACI