Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“TikTok” azərbaycanlılara təlim keçmək niyyətindədir

31 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pılev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin, “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olublar.

Şuradan verilən xəbərə görə, MŞ İdarə Heyətinin üzvləri Yadigar Məmmədlinin, Aqil Ələsgərin və Şuranın Katibliyinin əməkdaşlarının qatıldıqları görüşdə qonaqlar “TikTok”un Azərbaycan seqmentindəki istifadəçilərinin sayının artan xətt üzrə getdiyini bildiriblər.

Onlar bu platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işlərinin davamlı xarakter daşıdığını vurğulayıblar. Azərbaycana səfərlərinin də bu baxımdan zəruri əməkdaşlıq təkliflərini dəyərləndirmək məqsədi daşıdığını önə çəkiblər.

Ölkəmizin müxtəlif dövlət qurumları ilə işbirliyinin səmərəsindən söz açan qonaqlar, həmçinin, medianın, ayrı-ayrı jurnalistlərin “TikTok” üzərindən yayım həyata keçirmələri, paylaşılan kontentlərin keyfiyyəti məsələsinə toxunublar.
MŞ İdarə Heyətinin üzvləri də çıxışlarında “TikTok”un ölkəmizdə populyarlaşdığını diqqətə çatdırıblar. Onlar qarşılıqlı əməkdaşlığın müxtəlif aspektlərinə toxunublar.

Görüşdə jurnalist yaradıcılığının ictimai faydaları üzərində dayanılaraq, bu peşə daşıyıcılarının platformadakı aktivliklərinin cəmiyyətin yanlış yönləndirilməsi meyilləri ilə mübarizədəki rolundan söz açılıb. Mövcud xüsusda “TikTok” tərəfindən azərbaycanlı jurnalistlərə seminarların təşkili məsələsi üzərinə gəlinib. Bu ideya məqbul qiymətləndirilib və onun reallaşdırılması üçün işçi qaydada məsləhətləşmələrin aparılması qərara alınıb.

Oxşar xəbərlər
OTACI