Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Siyavuş Novruzovdan təhsillə bağlı vacib təkliflər

31 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Komitə sədri Siyavuş Novruzov “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrinin ikinci oxunuşu zamanı çıxış edərkən elm və təhsilin önəmindən bəhs etdi.

Musavat.com-un məlumatına görə, daha sonra müəllimlərin sertifikasiyası ilə bağlı danışan S.Novruzov bildirdi ki, müəllimlərin hazırlaşması üçün vəsait yoxdur: “Müəllim bilmir nəyə hazırlaşsın, nədən başlasın, nədə qurtarsın. Abituriyent bilir ki, filan materiallar var, onları oxuyub, hazırlaşır. Neçə ildir müəllimlərin sertifikatlaşdırılması müzakirəsi gedir, amma ortada material yoxdur. Deyirlər, müəllimlərin hazırlaşması üçün 57 mərkəz var. Amma görün bu qədər sayda müəllimə 57 mərkəz kifayət edərmi? Yaxud müəllim həm də pedaqoqdur. Deyək ki, müəllimin yüksək əxlaqı var, onu hansı testlə göstərəcəyik? Sertifikatlaşdırma ilə bağlı 5 il deyilirdi, amma indi 3 ilə salırıq. Bu halda sertifikasiyadan keçən müəllimlə keçməyənlərin əmək haqqı arasında böyük fərq yaranacaq”.

S.Novruzov ardınca təkliflərini səsləndirdi: “Türkologiya və Cənubi Azərbaycan məsələsinə geniş yer ayrılmalıdır. Sovet hökumətinin vaxtında türkologiya jurnalı var idi, indi o da yoxdur. Biz türk dünyası qururuq, amma elm bu prosesdə iştirak etmir”.

Komitə rəhbəri bildirdi ki, bu gün heç bir nazirlik peşə məktəbi açmır: “Mingəçevir kimi böyük sənaye mərkəzində cəmi 2 peşə məktəbi, Gəncədə 4-ü var. Sumqayıt kimi böyük sənaye şəhərində peşə məktəblərinə ehtiyac var. Hər quruma tapşırıq verilməlidir ki, ciddi peşə məktəbi açsın”.

Oxşar xəbərlər
OTACI