Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabirabadda motosiklet aşıb, xəsarət alanlar var

31 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabirabad rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosiklet yolun kənarına aşıb.

Qəza nəticəsində rayonun Kürkəndi kənd sakinləri, 1993-cü il təvəllüdlü Cahangir Habil oğlu Qurbanov və 1992-ci il təvəllüdlü Məhəmməd Lələxan oğlu Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI