"16 yaşına qədər işçilərdə məzuniyyət günləri 42 təqvim gününə qədər, 16 yaşdan 18 yaşına qədər olanlarda isə məzuniyyət günü 35 təqvim gününə qədər nəzərdə tutulur".
Press.az Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin məsləhətçisi Günel Baxşıyeva xidmətin "Facebook" sosial şəbəkəsi üzərindən yayımlanan "Sosial saat" efirində deyib.
O bildirib ki, əlilliyi olan 18 yaşınadək olan işçilərdə isə məzuniyyət günü minimum müddət kimi 42 təqvim günü nəzərdə tutulur:
"Qanunla onların fizioloji vəziyyətləri nəzərə alınır".