Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəran sakinindən avtomat və narkotik götürülüb

30 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda keçirilən əməliyyatlar zamanı silah-sursat və narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon Balıqçılar qəsəbəsinin sakini Samir Ağakişiyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən heroin və metamfetamin, yaşadığı evdən isə “AK-74” markalı avtomat silahı, həmin silaha aid bir ədəd daraq və 10 ədəd 5,45 mm çaplı patron aşkarlanaraq götürülüb. 

Lənkəran şəhəri “Ləvəngi dairəsi” ərazisində xidmət aparan şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılan “KIA Optima” markalı avtomobilin sürücüsünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, narkotik vasitənin sərxoşluğu altında olduğu müəyyən edilən sürücü, Masallı rayon sakini Vaqif Tağıyevin üzərinə keçirilən baxış zamanı 40 qram heroin, əlavə olaraq metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan “Səccad” adlı İran vətəndaşı vasitəsilə Bakı şəhəri Binə qəsəbəsi ərazisində əldə etdiyi müəyyən edilib.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI