Azərbaycanın builki dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 milyard 773 milyon 978 min manatdan 33 milyard 779 milyon 500 min manat, xərcləri üzrə proqnoz isə 33 milyard 353 milyon 278 min manatdan 36 milyard 568 milyon 800 min manata qaldırılır.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bununla bağlı təklif Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsində yer alıb.
Beləliklə, büdcə gəlirləri 3 milyard 5 milyon 522 min manat və yaxud 9,7%, büdcə xərcləri isə 3 milyard 215 milyon 522 min manat və yaxud 9,6% artırılır.