Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu rayonda kartof kəskin UCUZLAŞDI

29 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb.

Press.az xəbər verir ki, bu barədə report-a bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, əvvəllər qiymətlər daxili və xarici bazarlara uyğun tənzimlənsə də, son günlər məhsulun qiyməti xeyli aşağı düşüb.

Qeyd olunub ki, bir neçə həftə əvvəl 0,6-1 manata satılan kartofun indiki qiyməti 0,2-0,25 manat civarındadır.

Sahibkarlar kartofun bu qiymətə satışının məhsulun yetişdirilənədək sərf olunan xərcləri ödəmədiyini söyləyiblər.

Amma onlar kartofun xarab olmaması üçün satmağa məcbur olduqlarını bildiriblər.

Qeyd edək ki, Cəlilabadda yetişdirilən kartof məhsulu daha çox Rusiya bazarlarına ixrac olunur.

Oxşar xəbərlər
OTACI