Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni sahə” deyilən ərazidə yaşayan sakinlərin vəziyyəti acınacaqlıdır.
Evlərinin zirzəmiləri su ilə dolan və antisanitariyadan əziyyət çəkən sakinlər mövcud vəziyyətdən şikayətçidirlər:
“Bilmirik ki, burada böyütdüyümüz uşaqlar gələcəkdə hansı xəstəliyə tutulacaqlar”.
Bu qəsəbədə yaşayanların problemləri saymaqla bitmir. Sakinlər həmçinin içməli su xətlərinin və ərazidə zibil qutularının olmamasından şikayət edirlər.
Onlar aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, problemin həlli istiqamətində addım atılmadığını deyirlər.