Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident: Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə hərəkət tam nəzarət altındadır

28 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq.

Press.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə ərazi bütövlüyü məsələlərinin birdəfəlik həll olunduğunu söyləyən dövlətimizin başçısı deyib: "Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır".

Oxşar xəbərlər
OTACI