Bakıda tələbə qəfildən dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə “Azərbaycan universitetləri” səhifəsi paylaşım edib. Paylaşımda qeyd edilib ki, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, Milli Aviasiya Akademiyasının İqtisadiyyat-hüquq fakültəsinin IV kurs tələbəsi olan Nicat Süleymanov qəfildən dünyasını dəyişib.
Tələbənin ölüm səbəbi hələlik məlum deyil.