Soğan təkcə dad üçün deyil, eyni zamanda sağlamlıq üçün faydaları olan tərəvəzdir.
Tərkibində efir yağları, vitaminlər, protein, zülallar və karbohidratlar var.
Ona görə də ondan tez-tez xörəklərin və salatların hazırlanmasında istifadə olunur.
Soğanın xeyrli olması ilə yanaşı tək mənfi təsiri var. O da göz yandırmasıdır.
Bəzi evdar qadınlar bu problemin nisbətən həllini tapıb.
Belə ki, soğanı doğramazdan əvvəl dondurucuda saxlayırlar.
Qəribə görünsə də, həqiqətən faydalı bir hiylədir.
Çünki dondurulmuş soğan sitoplazmadan uçucu maddələri buraxmadığı üçün tənəffüs yollarını və gözləri qıcıqlandırmır.
Soğan doğrayarkən gözlərinizin yanmaması üçün istifadə etməzdən əvvəl 10-15 dəqiqə dondurucuda saxlayın.