Türkiyənin zirehli amfibiyası (ZAHA) Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.
Press.az ” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, ZAHA bir sıra keyfiyyətlərinə, o cümlədən quruda və sudakı fəaliyyət meyarlarına görə oxşar texnikalardan fərqlənir və bu cür hərbi texnikalar çox az ölkədə var.
Qeyd olunub ki, bir çox ölkələr artıq zirehli amfibiya ilə maraqlanır.
Xatırladaq ki, ZAHA-nın istehsalına 2017-ci ildən başlanılıb.