“Qaz xəttinə hava vurulur”.
“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Xaçmaz sakini iddia edir ki, abonentlərin istifadəsində olan qaz xəttinə müdaxilə edilib.
Daha dəqiq desək, qaz üçün nəzərdə tutulan xəttə hava vurulur.
Xaçmaz sakinləri, həmçinin mavi yanacaq verilişində fasilələr olduğunu da iddia edirlər.
“Azəriqaz” İstehsalat Birliyinin Texniki istismar şöbəsinin böyük mühəndisi Pərviz Nəbiyev qeyd edib ki, payız-qış mövsümünə hazırlıq məqsədilə istehlakçıların təbii qazla təhlükəsiz və fasiləsiz təmin olunması üçün daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq işləri həyata keçirilir.
Bəs qaz xəttinə hava niyə vurulur? Buna görə abonentlərə əlavə ziyan dəyirmi?
Pərviz Nəbiyev bildirib ki, boruların mövsümə hazırlanması prosesində əgər sızma aşkar olunmasa, vətəndaşlar yenidən mavi yanacaqla təmin olunurlar.