Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ekologiya və təbii sərvətlər nazirinin müavini əhaliyə çağırış edib

26 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva əhaliyə çağırış edib.

O, bu barədə Oxu.Az-a açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, əhali dağlıq, xüsusilə də çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə olmamalıdır:

“Çünki çayların məcrasına yaxın yerlər daim təhlükəli yerdir. Bəzən insanlar sel hadisəsinin yaxınlığında prosesi izləyirlər. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının bir an ərzində istiqamətini necə dəyişəcəyi heç kimə məlum deyil”.

“Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir. Həmin vaxt hər hansı bir əmlakı xilas etmək əvəzinə özləri oradan çıxsınlar”, - deyə nazir müavini qeyd edib.

Oxşar xəbərlər
OTACI