Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Telefon nömrəsini bilmədən də “WhatsApp”da ünsiyyət mümkün olacaq

26 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

WhatsApp” mesencerinin “Android”lər üçün 2.23.11.15 beta versiyasında tarixi dəyişikliyə imza atılıb.

Mesencerin saytından verilən məlumata görə, sosial şəbəkə indi “WhatsApp” istifadəçi adının yaradılması funksiyası üzərində işləməyə başlayıb.

İstifadəçilərin artıq “WhatsApp” adı var. Bununla belə, bu yeni funksiya ilə yeni istifadəçi adları bənzərsiz olacaq. Beləliklə, “Twitter”də olduğu kimi yalnız sizə aid olan istifadəçi adınız olacaq.

İstifadəçi adı seçmək imkanı ilə “WhatsApp” istifadəçiləri hesablarına daha bir məxfilik qatı əlavə edəcəklər.

Gələcəkdə istifadəyə verilməsi gözlənilən bu funksiya ilə artıq insanların telefon nömrələrini bilmədən “WhatsApp” vasitəsilə əlaqə saxlamaq mümkün olacaq.

Oxşar xəbərlər
OTACI