Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olması vacibdir, qalanları ikinci dərəcəlidir.
Press.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının geniştərkibli iclasında çıxışında bildirib.
Putin qeyd edib ki, dəhliz, yol terminləri əsas deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir.
"Bütün MDB ölkələri Birlik ərazisindəki münaqişələrin, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlıdır", - deyə Rusiya Prezidenti vurğulayıb.