Vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə onlayn alış-veriş platformalarından birinin adından sərfəli iş təklifi barədə saxta mesajlar göndərilir”.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.