Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlunun axtarışları davam edir.
Press.az-ın “Report”a istinadən məlumatına görə, artıq bir neçə saatdır FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupu tərəfindən axtarışlar aparılsa da, hələ bir nəticə yoxdur.
Şirvan sakini olan azyaşlının köynəyi Kür sahilində tapıldığından onun çayda batdığı ehtimal edilir.
Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırmalar aparılır.