Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirən quru yolu məsələsi ayrıca gündəmdə olan məsələ deyil.
Press.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, parlamentdə “hökumət saatı” zamanı bildirib ki, mövzu regional kommunikasiyaların bərpası ilə birlikdə müzakirə olunur.
Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması barədə qarşılıqlı əsasda razılığa gəliblər:
“Bu kontekstdə yeni nəqliyyat infrastrukturlarının yaradılması ideyası üzərində iş aparılır. Ermənistan yeni infrastrukturların qurulması ilə bağlı öhdəlik götürməyib, lakin bu variantı da nəzərdən keçirməyə hazırdır”.
Paşinyan Ermənistanın mövqeyinin bütün bu yolların keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərməli olduğuna əsaslandığını deyib.