"İçərişəhər" stansiyasında texniki nasazlıq səbəbi ilə qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.
Press.az xəbər verir ki, bu barədə Ölkə.Az-ın sorğusuna cavab olaraq Bakı Metropoliteninin mətbuat xidmətindən xəbər verilib.
Bildirilib ki, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.