İstədiyimiz geyimi tapmaq üçün onlarla mağazanı gəzə bilərik. Nəticədə tamamilə fərqli əşyalarla geri qayıdırıq. Bu alıcının günahı deyil.
Satıcılar hiylələrə əl atırlar və bunun sayəsində alıcılar ehtiyac duymadıqları geyimi almaq üçün sıraya düzülürlər
BiG.AZ geyim mağazalarının hiylələrini təqdim edir.
Vitrin- Onun dizaynı üçün xüsusi insanlar dəvət olunur. Maqazində olomayan geyimlər manikenlərə geyindirilir. Əsas odur ki, maqazin alıcını özünə cəlb etmiş olunsun.
Gizli paltar- Əsas geyimlər həmişə arxa planda olur. Onlara çatmaq üçün bir dəstə paltarlardan keçmək lazımdır. Və bununla da bir necə libas almaq istəyi yaranır.
Yalnız bu gün- Satıcı son gün üçün etibarlı olan endirimdən danışırsa, 99% yalandır.
Yalnız 99 azn- İnsan şüuraltı olaraq ilk rəqəmə diqqət yetirir. Və ona elə gəlir ki, o qədər də baha deyil.
Son nüsxə- Bu tez-tez eşitdiyimiz yalandır. Və gizlin otaqda onlarla belə "son" var.
Kassaya yaxın mallar- Corablara ehtiyacınız olmaya bilər. Ancaq gözünüzün önündədirsə və qarşınızda daha üç nəfər varsa deməli siz corab alacağsınız