Artıq çəkiləri əritməyə kömək edən otlar arasında son dövrün ən məşhuru "aclıq otu" olub.
İstirahətlərini planlaşdırarkən "Mən bu çəkiləri necə qazandım" deyənlər təbii yolla arıqlamaq üçün bitki həkimlərinə qaçırlar.
Press.az BiG.AZ-a istinadla xəbər verir ki, aclıq otu ərəbcə "senna yarpağı" kimi tanınır. Aclıq otu adı ilə yanaşı görünüşü ilə də diqqət çəkir.
Xüsusilə arıqlamaq istəyənlərin marağına səbəb olan bu bitki bədəndə yağ yandırmağa kömək edir və toxluq hissi verir.
Aclıq otu bitkisi çayını hazırlamaq üçün suyu qaynadıb stəkana əlavə edin. İçinə 8-10 bitkini atın və 5 dəqiqə dəmlənməsini gözləyin.
Bu çayı gündə 1-2 dəfə içmək olar.