Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hansı dövlət qurumları hesabat formasını Hesablama Palatasına vaxtında təqdim etməyib? - SİYAHI

24 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda 11 dövlət qurumu qanunvericilikdə müəyyən edilmiş hesabat formalarını müvafiq tarixə qədər Hesablama Palatasına təqdim etməyib.

Press.az “Report” -a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata” verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bunlar, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, “BakuBus” MMC, “Aqroservis” ASC, Beynəlxalq Muğam Mərkəzi, “Bakı Kristal Zalı” MMC, Minatəmizləmə Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzidir.

Oxşar xəbərlər
OTACI