Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində Lənkəran şəhər sakinləri 1971-ci il təvəllüdlü Xalidə Quliyeva, 1971-ci il təvəllüdlü İlhamə Quliyeva və 1998-ci il təvəllüdlü Əsəd Quliyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.