Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Taksi sürücüləri üçün üç vacib tələb: “Cərimə tətbiq edilməlidir” - FOTO

23 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu gün taksi xidməti sahəsində özbaşınalığı aradan qaldırmağın yollarından biri də qanunvericiliyi və Nazirlər Kabinetinin bu sahədəki reqlamentini pozan taksi operatorlarına qarşı müəyyən sanksiyaların tətbiq edilməsidir”.

Bunu Bakupost.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.

Onun sözlərinə görə, əgər taksi şirkətləri gəlirlərinin 10 faizi həcmində cərimə olunsalar, o zaman bu sahədə səliqə-sahman yaranacaq:

“Üç sadə şərtə əməl edilmədiyi üçün cərimələr tətbiq olunmalıdır. Bu şərtlərdən birincisi odur ki, taksi sürücüsünün yaşı 21-dən az olmamalıdır. Lakin 18-19 yaşlarında olan sürücülərə də rast gəlirik. Sürücünün 2 il iş təcrübəsi olmalıdır. Amma görürük ki, yeni sürücülük vəsiqəsi alanlar taksi fəaliyyəti ilə məşğul olurlar. Taksidə istifadə olunan minik avtomobilində sarı rəngli taksi fənəri olmalıdır. Biz bunu da görmürük. Ona görə də cərimələr tətbiq edilməlidir. O zaman sadalanan neqativ hallar aradan qalxacaq”.

Oxşar xəbərlər
OTACI