Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DYP: "Qobustanda qəzada yaralanan qadının müalicəsi davam etdirilir” - YENİLƏNİB

23 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qobustanda ağır yol qəzasında yaralan qadının ölüm xəbəri təsdiqini tapmayıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ötən gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızının müalicəsi davam etdirilir.

10.34

Qobustanda ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd edilib ki, ötən gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızı orada vəfat edib.

Qeyd edək ki, mayın 22-də səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmişdi.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Oxşar xəbərlər
OTACI