Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qərbi Azərbaycan Xronikası: "Ermənistanda zəlzələ olmasaydı, azərbaycanlıları qıracaqdılar"

22 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Press.az “Report”a istinadən xəbər verir ki, bugünkü müsahib Qarabağ müharibəsi qazisi, hərbi həkim-cərrah, Prezident təqaüdçüsü İmran Qurbanov imperialist güclərin havadarlığına arxalanan ermənilər tarixin müxtəlif dövrlərində Qərbi Azərbaycan türklərinə qarşı etnik təmizləmə, soyqırımı, deportasiya siyasəti həyata keçirdiyini bildirib.

O, bəşəri faciələrə yol açan bu siyasətin taleyində böyük izlər buraxdığını, yeniyetmə və gənclik illərində ermənilərin azərbaycanlı gənclərə münasibətdə ayrı-seçkilik etdiyini söyləyib.

İ.Qurbanov Qərbi Azərbaycanda ermənilərin kadr siyasətindən, Ermənistan vətəndaşlığı daşıyan oğuz türklərinin ölkənin ictimai-siyasi, mədəni, iqtisadi həyatında real olaraq təmsil olunması üçün şərait yaradılmadığını söyləyib, doğma yurda qayıdış üçün görülən işləri yüksək qiymətləndirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Oxşar xəbərlər
OTACI