Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bulvarda özünü dənizə atan qadının kimliyi məlum oldu - VİDEO - YENİLƏNİB

22 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dənizkənarı Milli Park ərazisində intihara cəhd edən şəxsin kimliyi məlum olub.

Press.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsi ilə bağlı hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib.

***

Bulvarda intihara cəhd hadisəsi olub.

Press.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya hadisə şahidləri məlumat verib.

Məlumata görə, qadın və azyaşlı uşaq dənizə tullanıb.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq şəhər sakinlərinin köməyi ilə dənizdən sağ-salamat çıxarılıb. Qadının isə FHN-in xilasediciləri tərəfindən dənizdən çıxarıldığı bildirilir.

 

Oxşar xəbərlər
OTACI