"Günaz TV-nin rəhbəri, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin lideri, Əhməd Obalı və oğlu Dəniz Kaliforniya ştatında təhlükəsizlik baxımından adını yazmadığım bir şəhərin xəstəxanasında reanimasiya şöbəsindədir".
Bunu ABŞ-da yaşayan jurnalist, diaspor fəalı Zaur Bayramlı facebook hesabındakı paylaşımında qeyd edib.
"Vaşinqton vaxtı ilə dünən axşam saat 22 radələrində Əhməd bəyin yanında olan həyat yoldaşı Nahidə xanımla danışdım. Hər ikisinin həyati təhlükəni adladdıqlarını, amma durumlarının ağır olaraq qaldığını dedi. Bir neçə saniyəlik də olsa kamera açaraq Əhməd bəyi mənə göstərdi.
Hadisənin səbəbi ilə bağlı, yəni kimlər tərəfindən edildiyi ilə bağlı Amerika polisinin məlumat yaymamaqla bağlı ona xəbərdarlıq etdiyini dedi Nahidə xanım. Çünki yayılan məlumatlar istintaqın gedişinə mane ola bilərmiş. Az əvvəl də yenə yazaraq durumlarını soruşdum və "yaxşı deyillər" cavabını aldım. Təbii ki, o qədər ağır xəsarətlərin qısa zamanda keçməsi mümkün də deyil.
Mənim və Əhməd bəyin başqa dostlarının və qohumlarının Kaliforniyaya getmək istəyimizə isə Nahidə xanım indilik ora getməyimizin heç bir mənası olmadığını, bizi xəstəxanaya qəti şəkildə buraxmayacaqlarını dedi. Bu qeyd etdiklərimdən başqa hər hansı bir məlumata sahib deyiləm".