Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda peyda olan gürzə ilanı bina sakinlərini təşvişə saldı

22 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının bəzi hissələrində peyda olan ilanlar sakinlərin təşvişinə səbəb olub.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına müraciət edən sakinlər özləri məlumat veriblər. Xüsusilə, Nizami rayonu, Bəhruz Nuriyev, 40 ünvanında yaşayan sakinlər binanın giriş hissəsində zəhərli gürzə ilanının peyda olduğunu bildiriblər. Sakinlər ilanın uşaqlar və ətrafdakı şəxslər üçün ciddi təhlükə törətdiyini nəzərə alaraq, polisə məlumat veriblər.

Bina sakini qeyd edib ki, ərazidə olan post-patrul xidmətinin əməkdaşlarının köməyi ilə ilanı öldürüb, basdırmaq mümkün olub. Amma ərazidə yaşayanlar ilanın orada məskunlaşdığını düşündüklərindən təşviş içərisindədirlər. Onlar ərazinin ilanlara qarşı dərmanlanması, yaxud hansısa qabaqlayıcı tədbir görülməsi üçün müraciət edirlər.

//Press.az 

Oxşar xəbərlər
OTACI