Rumıniyada orta təhsil işçilərinin ümumi tətili başlayıb. Ölkədə bir çox məktəblər bağlanıb. Valideynlər uşaqları dərsə gətirən zaman darvazalarda “Biz layiqli maaş tələb edirik” yazısı olan plakatlarla rastlaşıblar.
Etiraz aksiyası sektorun ən böyük həmkarlar ittifaqı təşkilatları tərəfindən təşkil edilib. Rumıniyalı müəllimlər və inzibati işçilər əsasən yüksək maaş tələb edirlər. Bu, son 18 ildə ölkədə təhsil işçilərinin ilk ümumi tətilidir.
Etirazda 150 000-dən çox müəllim və 70 000 digər məktəb işçisi iştirak edir. Bəzi məktəblər tətildə iştirak etmir, onlarda dərslər adi qaydada davam edir.
Mənbə: TASS