Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda nazirlik əməkdaşlarına atəş açılması məsələsinə DİN-dən reaksiya - YENİLƏNİB

22 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi Ağstafaçay su anbarında Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına odlu silahla atəş açılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, sözügedən məsələ ilə bağlı ilkin olaraq araşdırma aparılıb, daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib:

“2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə isə bildirmək istəyirəm ki, ilkin baxışda nə əməkdaşın özündə, nə də geyimində hər hansı bir odlu silah izi aşkarlanmayıb. Hər bir halda iddialar araşdırma predmetidir. Ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

16:02

Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məsələ ilə bağlı açıqlamasında bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb:

“Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır”.

Oxşar xəbərlər
OTACI