Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səhərlər gümrah oyadacaq 7 qida

22 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeni günə başlamaq üçün qəhvə içənlərin sayı kifayət qədər çoxdur. Bununla yanaşı gümrahlığımızı qəhvə qədər artıracaq bir çox qidalar da var. Beləliklə, bədənə bu içki qədər enerji verən, eyni zamanda sağlam olan 7 qidanı təqdim edirik:

YOQURT

Təbii, şəkərsiz qatıqda səhər enerjisini artırmaq üçün sağlam kalsium, yağ turşuları və zülal qarışığı var.
TÜND ŞOKALAD

Tünd şokoladda yüksək olan kakao enerjini artırmağa kömək edir və diqqəti artırır. Tünd şokoladda bədən üçün yaxşı enerji mənbəyi olan az miqdarda kofein də var.YUMURTA

Yumurtanın sağlamlığımız üçün nə qədər sağlıqlı olmasından xəbərdarıq. O, təkcə protein mənbəyi deyil, həm də B vitamini ilə də zəngindir.ALMA

Almalar beyin hüceyrələrini aktiv şəkildə qoruyan antioksidanla zəngindir. Tədqiqatlar göstərir ki, zəngin qidaların istehlakı hətta idman etmədiyiniz zaman belə dözümlülüyü və enerji tutumunu artırır.SU

Uzun saatlar yuxu zamanı orqanizm susuz qalır ki, bu da insanın səhər yorğun oyanmasına səbəb olur. Səhər oyanmaq üçün ilk addım bir stəkan su içməkdir.YULAF ƏZMƏSİ

Bu növ karbohidrat asan və tez enerjiyə çevrilən qidadır. Həmçinin yulaf; Tərkibində B vitaminlərindən dəmirə qədər enerji istehsalı prosesinə kömək edən bir çox vitamin və mineral var.
BANAN

Karbohidrat , kalium və B6 vitamini mənbəyi olan banan səhərə təzə başlamaq üçün ən xeyirli qidalar arasındadır. Vitamin B6 isə enerji istehsalı üçün vacib bir birləşmədir.

//Press.az

Oxşar xəbərlər
OTACI