Tovuzda fəaliyyət göstərən ərzaq satışı mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb.
Bu barədə Press.az -a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən Tağıyeva Xəyalə Akif qızına məxsus ərzaq satışı mağazasında plandankənar yoxlama keçirilib.
Baxış zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib və saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.