Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Alimlər infarktdan sonra yaranan fəsadlardan qorunmağın üsulunu açıqlayıblar

22 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yaponiyanın paytaxtı Tokionun Kitasato Universitetinin alimləri müəyyən ediblər ki, güclü ayaqları olan insanlarda infarktdan sonra ürək çatışmazlığı daha az olur.

Press.az “Report-a istinadla  xəbər verir ki, tədqiqat Avropa Kardiologiya Cəmiyyətinin elmi konqresində təqdim olunub.

Qeyd edilir ki, miokard infarktı ürək çatışmazlığının ən çox yayılmış səbəbidir, infarktdan sonra xəstələrin 6-9%-ində baş verir. Araşdırmada tədqiqatçılar, kəskin miokard infarktından sonra ayaq gücünün ürək çatışmazlığının inkişaf riskinin aşağı olması ilə əlaqəsi fərziyəsini sınaqdan keçirdilər.

Tədqiqata kəskin miokard infarktı ilə xəstəxanaya yerləşdirilən və xəstəxanaya yerləşdirilməzdən əvvəl ürək çatışmazlığı olmayan 932 xəstə daxil edilib. Orta yaş 66, iştirakçıların 81%-i kişilər olub.

Maksimum kvadriseps gücü ayaq gücünün ölçüsü kimi xidmət edib. Xəstələr stulda oturdular və beş saniyə ərzində kvadriseps əzələlərini maksimum dərəcədə büzdülər. Ayaq biləyinə bərkidilmiş əl dinamometri maksimum dəyəri kq ilə qeyd edib. Ölçmə hər ayaqda aparılıb, sonra alimlər orta qiymətdən istifadə ediblər.

Kvadriseps əzələsinin gücü kq-da bədən çəkisi ilə əlaqədar olaraq qiymətləndirilib. Qadınlar üçün orta ayaq gücü bədən çəkisinin 33%-ni, kişilər üçün isə bədən çəkisinin 52%-ni təşkil edib. Orta hesabla 4,5 il izləmə ilə 67 xəstə (7,2%) ürək çatışmazlığı inkişaf edib. Yüksək səviyyəli ayaq gücü ürək çatışmazlığının inkişaf riskinin 41% aşağı olması ilə əlaqələndirilib.

“Kadriseps əzələsinin gücünü klinik praktikada dəqiq ölçmək asan və sadədir. Araşdırmamız göstərir ki, kvadriseps gücü xəstələri müəyyən etməyə kömək edə bilər. Nəticələri digər tədqiqatlarda təkrarlamaq lazımdır, lakin onlar təklif edirlər ki, ürək çatışmazlığının qarşısını almaq üçün infarkt keçirmiş xəstələrə kvadrisepsləri əhatə edən güc məşqləri tövsiyə edilməlidir", - alimlər yazıb.

Oxşar xəbərlər
OTACI