Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.