Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenski Baxmutun işğalını təsdiqlədi, Prezident Ofisi təkzib etdi - YENİLƏNİB

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Prezident Ofisi ölkə başçısı Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mətbuatda yayılan məlumatı təkzib edib.

Press.az xəbər verir ki, bu barədə Prezident Ofisinin mətbuat katibi Sergiy Nikoforov feysbukda yazıb.

Mətbuat katibi Zelenskiyə ünvalanan sualın fərqli olduğuna işarə edib:

“– Rusiyalılar bildiribər ki, Baxmutu alıblar.

Prezidentin cavabı:

– Fikrimcə, yox.

Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”.

Həmin sualın verildiyi anın görüntüləri də KİV-də yayılıb.

“Cənab Prezident, Baxmut hələ də Ukraynanın əlindədir? Rusiyalılar bildiriblər ki, Baxmutu alıblar”, - jurnalist bildirib.

Zelenski isə “Fikrimcə, yox” deyə cavab verib.

***

Ukrayna Prezidenti Volodimir Zelenski qızğın döyüşlərin getdiyi Baxmut şəhərinin ələ keçirildiyini etiraf edib.

Press.az xəbər verir ki, bu barədə dövlət başçısı Yeddilik Qrupunun (“G7”) sammitində jurnalistlərin Baxmutun Kiyevin nəzarətində qalıb-qalmadığı barədə sualını cavablandırarkən bildirib.

“Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, - o, ABŞ Prezidenti Cozef Baydenlə görüşdən öncə açıqlayıb.

Oxşar xəbərlər
OTACI