Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa yoluxanların sayı açıqlanıb

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb, son sutkada koronavirus (COVID-19) əleyhinə 146 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Press.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 727 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 376 nəfər müalicə olunaraq sağalıb, 10 272 nəfər vəfat edib, aktiv xəstə sayı 79 nəfərdir.

Ölkədə son sutka ərzində 1 144, hazırkı dövrədək isə 7 610 914 test aparılıb.

Oxşar xəbərlər
OTACI