Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qvardiola: "Premyer Liqa dünyanın ən vacib turniridir"

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanı qazanmaq şansları haqda danışıb.

Press.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Siti" qarşıdakı turda "Çelsi" ilə üz-üzə gələcək. Qələbə “şəhərlilər” üçün çempionluğu təmin edəcək.

Qvardiola bu haqda deyib: “Ən çətin an yaxınlaşır. Hər şey öz əlimizdə olacaq. Premyer Liqa 10-11 aydan çox davam etdiyi üçün dünyanın ən vacib turniridir. Və şanslıyıq ki, stadionumuzda hər şeyi azarkeşlərimizin önündə tamamlamaq şansımız var. Diqqətimiz yayınsa, özümüzü bağışlamayacağıq. Başa düşürük ki, çempionluq üçün qarşıda 3 matçımız var. Amma qazanılan hər qələbə növbəti görüşdən əvvəl bzə kömək edir".

Qeyd edək ki, "Mançester Siti" hazırda turnir cədvəlində (35 oyun) 85 xalla liderdir. Onlar 2-ci yerdəki "Arsenal"ı (36 oyun) 4 xal qabaqlayırlar. Əgər "Mançester Siti" sabah "Çelsi"ni üstələsə, çempionluğu rəsmiləşdirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI