Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünya çempionatına hazıraşan millimiz qazilərlə bir arada – FOTOLAR

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan taekvondoçuları 44 günlük Vətən müharibəsinin qaziləri ilə bir araya gəliblər.

Press.az xəbər verir ki, vaxtı ilə taekvondo ilə məşğul olan qəhrəmanlar zəfərə gedən yolu bir daha xatırlayaraq milli üzvləri ilə birgə mayın 29-dan iyunun 4-dək Bakıda təşkil olunacaq dünya çempionatının keçiriləcəyi Bakı Kristal Zalına yollanıblar.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və Təftiş Komissiyasının sədri Bəxtiyar Mirzəyev də məkanda mundialla bağlı gedən son işlərlə tanış olublar. Bildirilib ki, Bakı Kristal Zalında demək olar işlər tamamlanma işləri gedir və tezliklə qonaqları qəbul etməyə hazır olacaq.

Nağı Səfərov taekvondoçularımıza yarışda uğurlar arzulayıb. O qeyd edib ki, dayanq üzərinə çıxacaq hər bir milli üzvünə böyük ümid bəslənilir.

Niyaməddin Paşayev isə dünya çempionatında qələbə üçün nəyə diqqət yetirilməli olduğunu deyib. Onun sözlərinə görə, komandaya yaradılan şərait idmançılar üçün titul qazanmağa böyük stimuldur.

Oxşar xəbərlər
OTACI