Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nəqliyyat eksperti sürücülərə müraciət etdi: “Bu səbəbdən də 4 zolaqlı yol 2 zolaqlıya çevrilir..."

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Elə sürücülər var ki, aylarla avtomobili ustaya göstərmirlər. Biz bu problemləri dəfələrlə demişik”.

Press.az xəbər verir ki, bunu Musavat.com-a nəqliyyat eksperti Elməddin Muradlı bildirib. Ekspert avtomobilin texniki qulluğuna diqqət edilməməsinin bir sıra problem yaratdığına diqqət çəkib: “Sürücü məsuliyyətsizlik etdiyi üçün maşında nasazlıq yaranırsa, yolda qalır, bu da başqa hərəkət iştirakçılarına çətinlik yaşadır. Maşına nə qədər diqqətlə qulluq edilsə, bir o qədər saz olar”.

Ekspertin sözlərinə görə, bəzi sürücülər nasazlıq olmasa da, görüntü yaradırlar: “Bəzi məktəblərin qarşısında hər gün eyni mənzərədir-sürücülər “kapot”u açıb gözləyirlər. Nəticədə 4, yaxud 5 zolaqlı yol 2 zolaqlı olur. Sürücülər şüurlu surətdə bunu dərk edənə qədər biz bu əziyyəti çəkəcəyik”.

O ki qaldı yol-nəqliyyat hadisələrinə, ekspert bildirib ki, əksər hallarda ötmə manevrinin pozulması qəzaya səbəb olur. E. Muradlı digər səbəbləri də açıqlayıb: “Sürət həddinin aşılması və s. kimi məsuliyyətsiz davranışların nəticəsi statistikada da özünü göstərsə də, bəzi sürücülər təəssüf ki, dərs çıxarmırlar. Qəza bir neçə dəqiqədə baş verir, heç kim bundan sığortalanmayıb. Yol hərəkəti qaydalarına diqqət və əməl etmək lazımdır”.   

Qeyd edək ki, NİİM-in bu gün yaydığı açıqlamada yollarda hərəkətin ləngiməsinə səbəblərdən birinin bəzi sürücülərin məsuliyyətsizliyi olduğunu bildirilib. Belə ki, paytaxt ərazisində nəqliyyatın hərəkətinin optimallaşdırılması məqsədilə araşdırma apararkən müşahidə kameralarının görüntülərindən məlum olub ki, yollarda hərəkətin ləngiməsinə səbəb olan hallardan biri də bəzi sürücülərin məsuliyyətsizliyidir. Təkcə aprel ayı ərzində Heydər Əliyev prospektində 21 nasaz avtomobil, 16 qəza, Ziya Bünyadov prospektində isə 62 nasaz avtomobil, 61 qəza kameralar vasitəsilə qeydə alınıb: “Sürücülərin texniki nasaz vəziyyətdə olan avtomobillə yola çıxması, xüsusilə də hərəkətin intensiv olduğu küçələrdə bir nəqliyyat vasitəsinin nasazlıq səbəbindən yolda qalması zolaqlardan birinin tutulmasına və nəticədə həmin istiqamətdə sıxlığın yaranmasına səbəb olur. Bununla yanaşı, bəzi hallarda sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə düzgün əməl etməməsi, sürət həddini aşması, manevr etmə qaydasını pozması və ya diqqətsizliyi nəticəsində yol-nəqliyyat hadisələri baş verir ki, bunlar da öz növbəsində yollarda sıxlıq və tıxacın yaranmasına gətirib çıxarır.

Yollarda rahat və təhlükəsiz hərəkətin bu kimi amillərdən də asılı olduğunu nəzərə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri məsuliyyətli olmaqla nəqliyyat vasitəsinin texniki sazlığını daim diqqətdə saxlamağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır”.

Oxşar xəbərlər
OTACI