Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sergey Lavrov: “Ümid edirik ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ümid edirik ki, bugünkü görüşün konstruktiv atmosferdə keçəcək və sizin birbaşa dialoqunuz əlavə nəticələrin əldə olunmasına kömək edəcək”.

Bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı bəyan edib.

O, üçtərəfli formatda keçirilən görüşdə Azərbaycan və Ermənistan arasındakı əlaqələrin normallaşmasının kompleks müzakirəsinə baxmağı və növbəti addımlarda razılığa gəlməyi təklif edib.

“Üçtərəfli sazişdə davamlı həll üçün yol xəritəsi var. Biz Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etmişik. Hesab edirik ki, liderlərin sülh danışıqlarının alternativi yoxdur. Öz növbəsində biz hamımız Cənubi Qafqaz regionunda sabitlik, sülh olmasında maraqlıyıq”, - deyə Lavrov vurğulayıb.

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Bundan əvvəl Sergey Lavrov Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

Oxşar xəbərlər
OTACI