Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səhiyyə Nazirliyi südverən analara müraciət edib

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sağlam yuxu rejimi laktasiya dövrü üçün son dərəcə vacib amildir, çünki məhz yuxu zamanı qadınlarda ana südü istehsalına cavabdeh olan prolaktin hormonunun səviyyəsi artır.

Press.az "Report"-a istinadla  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, südverən analara həmçinin çoxlu maye qəbulu (hər gün ən azı 10-12 stəkan su) lazımdır: "Bundan başqa, ananın sağlam qidalanması (protein, karbohidrat, vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər) çox önəmlidir. Həmçinin, şüyüd suyu, qara çörəkotu, cirə, arpa, ispanaq, çuğundur yarpağı, sarımsaq, kətan toxumu və yulafın südü artırdığı elmi cəhətdən təsdiq olunub. Südü artıran dərman yoxdur, lakin bəzi dərmanlar əlavə təsiri kimi süd əmələ gətirən hormonları artıra bilir. Bu dərmanları istifadə etmədən öncə mütləq həkimlə məsləhətləşmək lazımdır, çünki özbaşına istifadə həm onların, həm də körpələrinin səhhəti üçün təhlükəli ola bilər".

Oxşar xəbərlər
OTACI