Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət qurumlarının 6 500-ə yaxın əməkdaşı hakerlərin qurbanı olub

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin I rübündə Azərbaycanın dövlət qurumlarında çalışan 6 472 şəxs hakerlərin qurbanına çevrilib.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, Dövlət Xidmətinin həyata keçirdiyi “Kibergigiyena layihəsi”nə, “informasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevrilirlər.

Ən çox belə pozuntuya yol verən Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Azərbaycan Standartlaşma İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarıdır.

Oxşar xəbərlər
OTACI